Karakasda yenə atışma olub
Tarix: 06-01-2026 09:22 | Bölmə: Dünya

Karakasda yenə atışma olub

Venesuelanın paytaxtı Karakasdakı Miraflores prezident sarayının yaxınlığında atışma baş verib.

Reyting.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, atışma qeydə alınmayan pilotsuz uçuş aparatları tərəfindən törədilib.

Agentliyin hökumətdəki mənbəyi bildirib ki, hazırda Venesuela paytaxtında toqquşma yoxdur:

“Karakasın mərkəzində baş verənlərə pilotsuz təyyarələrin ərazi üzərində icazəsiz uçması və polisin xəbərdarlıq atəşi açması səbəb olub. Hazırda heç bir silahlı qarşıdurma yoxdur”.

ELÇİN





Bölməyə aid digər xəbərlər