Nikol Paşinyan kilsədə çıxış edəcək - Foto
Tarix: 06-01-2026 14:53 | Bölmə: Dünya

Nikol Paşinyan kilsədə çıxış edəcək

Yerevanın Surb Anna kilsəsinin həyətində səhnə qurulub və Ermənistan baş naziri Nikol Paşinyanın orada çıxışı gözlənilir.

Reyting.az xəbər verir ki, Nikol Paşinyan komanda yoldaşları və tərəfdarları ilə birlikdə hazırda ziyarətdə iştirak edir.

Yürüş əvvəllər siyasi elitanın tərəfdarları ilə birlikdə Milad Liturgiyasında iştirak etdiyi Surb Qriqor İl-Savoriç kilsəsində başlayıb. Bu zaman bütün ermənilərin katolikosunun adı çəkilməyib.

Müşahidəçilər hesab edirlər ki, Paşinyanın kilsə əleyhinə kampaniyasına ictimai dəstəyi nümayiş etdirmək məqsədilə resurslar səfərbər olunub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər