Putinin nümayəndəsi Avropa Birliyini lağa qoyub
Tarix: 06-01-2026 15:05 | Bölmə: Dünya

Putinin nümayəndəsi Avropa Birliyini lağa qoyub

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibə üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddiaları kontekstində Avropa İttifaqını lağa qoyub.

Reyting.az xəbər verir ki, rus diplomat bu barədə özünün “X” hesabında yazıb.

“Görünür, Qrenlandiya Avropa Birliyinin vassalılarının ən yaxşı etdiyi işi görməyə davam edəcək: vəziyyəti izləmək və ikili standartlar nümayiş etdirmək”,- Dmitriyev yazıb.

O, həmçinin Trampın yalnız Qrenlandiya ilə kifayətlənməyəcəyinə işarə edib.

“Növbəti Kanada?”,- Dmitriyev yazıb.

Qeyd edək ki, Danimarka Trampın Venesuelada Nikolas Maduronun saxladığı ABŞ basqınından sonra Qrenlandiya üzərində nəzarəti bərqərar etməkdə israrlı olmasından narahatdır. Tramp isə iddia edir ki, Qrenlandiya üzərində nəzarət ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir.

ELÇİN





Bölməyə aid digər xəbərlər