Sabiq prezidentin oğlu vəfat edib
Tarix: 07-01-2026 11:32 | Bölmə: Dünya

Sabiq prezidentin oğlu vəfat edib

ABŞ-nın sabiq prezidenti Ronald Reyqanın böyük oğlu və mühafizəkar şərhçi Maykl Reyqan vəfat edib.

Reyting.az “NBC News”-a istinadla xəbər verir ki, Ronald Reyqan Prezident Fondu və İnstitutu çərşənbə axşamı “X” sosial media saytında Maykl Reyqanın ölümünü elan edərək onu "atasının irsinin sarsılmaz qəyyumu" adlandırıb.

Maykl Reyqanın ölüm səbəbi hələ də məlum deyil.

Reyqan mühafizəkar televiziya şəbəkəsi “Newsmax”-ın əməkdaşı idi və "Maykl Reyqan Şousu" adlı radio verilişi ilə tanınırdı. Reyqan 1945-ci ildə İren Flaferin ailəsində anadan olub və doğumundan bir neçə saat sonra Ronald Reyqan və o vaxtkı həyat yoldaşı aktrisa Ceyn Vayman tərəfindən övladlığa götürülüb.

Gənc Reyqan valideynlərinin yolunu davam etdirib. Arizona Dövlət Universitetində və Los-Anceles Vadisi Kollecində təhsil aldıqdan sonra Reyqan aktyorluq karyerasını davam etdirib, "Falcon Crest" də daxil olmaqla televiziya verilişlərində iştirak edib və təxminən iyirmi il mühafizəkar radio verilişinin aparıcısı kimi siyasət və mədəniyyət mövzularını müzakirə edib.

80 yaşlı Maykl Reyqan iki dəfə evlənib və iki övladı var.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər