Krivoy Roq şəhərinə kütləvi hücum başlayıb
Tarix: 07-01-2026 20:03 | Bölmə: Dünya

Krivoy Roq şəhərinə kütləvi hücum başlayıb

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk bölgəsindəki Krivoy Roq şəhərinə kütləvi hücuma keçib.

Reyting.az xəbər verir ki, bu barədə Krivoy Roq Şəhər Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul “Telegram” bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində üç nəfərin yaralandığı məlumdur.

"Onlar artıq xəstəxanaya aparılıblar, xəsarətləri orta ağırdır", - deyə Müdafiə Şurasının rəhbəri əlavə edib.

Dnepropetrovsk Regional Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko da bölgəyə dron hücumları barədə məlumat verib:

"Düşmən bölgəyə dronlarla hücum etməyə davam edir. Təhdid qalmaqdadır".

V. QULİYEV





Bölməyə aid digər xəbərlər