Rusiya Ukraynanın limanlarına zərbə endirib - Foto
Tarix: 07-01-2026 21:34 | Bölmə: Dünya

Rusiya Ukraynanın limanlarına zərbə endirib

Bu gün Rusiya ordusu Ukraynanın Odessa vilayətindəki iki limanına pilotsuz təyyarə və raketlə zərbə endirib.

Reyting.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, ən azı beş nəfər yaralanıb.

Hücum nəticəsində liman qurğularına, inzibati binalara və neft konteynerlərinə ziyan dəyib.

Limanların fəaliyyətini davam etdirdiyi bildirilir.

Ruslar Pivdennı limanına da raket zərbəsi endirib, inzibati binaya və infrastruktura ziyan vurub. Hücum nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər