Suriya ordusu Hələbdə hərbi əməliyyata başlayır
Tarix: 08-01-2026 09:57 | Bölmə: Dünya

Suriya ordusu Hələbdə hərbi əməliyyata başlayır

Suriya ordusu PKK/YPG terror təşkilatının (PKK-nın Suriya qolu) hücumlarına cavab olaraq Hələbdə məhdud hərbi əməliyyat keçirmək niyyətini açıqlayıb.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Suriya İnformasiya Nazirliyinin Xarici KİV-lə əlaqələr idarəsi yayıb.

Qeyd olunur ki, PKK/YPG bu ölkədə “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında fəaliyyət göstərir.

Məlumatda o da bildirilir ki, son bir ay ərzində terror təşkilatının hücumları nəticəsində 20-dən çox mülki şəxs, 25-dən çox hərbçi həlak olub, 150-dən çox dinc sakin yaralanıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər