Terrorçuların qərargaha çevirdiyi xəstəxananın görüntüləri yayılıb
Tarix: 12-01-2026 09:31 | Bölmə: Dünya

Terrorçuların qərargaha çevirdiyi xəstəxananın görüntüləri yayılıb

“Anadolu” agentliyi Suriya hökumət qüvvələrinin YPG/SDG terrorçularından təmizlədiyi Hələbin sonuncu məhəlləsində çəkiliş aparıb.

Reyting.az xəbər verir ki, “Anadolu”nun məlumatına görə, Şeyx Məqsud Suriya hökumət qüvvələrinin YPG/SDG terror təşkilatından təmizlədiyi Hələbin sonuncu rayonudur. Əvvəllər “Yasin” kimi tanınan tibb müəssisəsi terrorçular tərəfindən “Xalid Fəcr” adlandırılıbmış.

Binadan qumbaraatan, reaktiv yaylım atəşi, avtomatlar, əl qumbaraları və çoxsaylı patronlar aşkar edilib.

ELÇİN





Bölməyə aid digər xəbərlər