Xarkov ərazisinə zərbə endirilib, ölən və dağıntılar var
Tarix: 13-01-2026 12:19 | Bölmə: Dünya

Xarkov ərazisinə zərbə endirilib, ölən və dağıntılar var

Rus ordusu Xarkov ətraf ərazisinə zərbələr endirib.

Reyting.az xəbər verir ki, Xarkov regional dövlət administrasiyasının rəhbəri Oleq Sinegubov hücum nəticəsində dörd nəfərin öldüyünü və Nova Poçta terminalının dağıldığını bildirib.

Bundan başqa, hücum nəticəsində altı nəfər yaralanıb.

Xarkov Vilayət Prokurorluğu şəhərətrafı ərazilərdəki Nova Poçta terminalının atəşə tutulmasının nəticələrini əks etdirən video yayımlayıb. Videoda xilasedicilərin dağıntılar altında işlədiyi və düşmən atəşinin qurbanlarını tapdığı görünür.

Müstəntiqlərin sözlərinə görə, Rusiya qüvvələri Xarkov rayonundakı poçt terminalının ərazisinə kütləvi, birləşmiş silahlı hücum həyata keçirib.

“Hücum əvvəlcə iki raket, ardınca dörd zərbə dronu ilə baş verib. İlkin araşdırmalar hücum zamanı “İsgəndər-M” raketləri və “Geran-2” PUA-larından istifadə olunduğu müəyyən edilib”, - deyə prokurorluqdan bildiriblər.

Bundan əlavə, iki yanacaqdoldurma məntəqəsinə də ziyan dəyib.

Eyni zamanda Xarkovun Şevçenkivski rayonundakı uşaq sanatoriyasına “Şahed” dronu düşüb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər