İnsanları dəfn mərasiminə aparan mikroavtobus aşıb
Tarix: 13-01-2026 13:45 | Bölmə: Dünya

İnsanları dəfn mərasiminə aparan mikroavtobus aşıb

Türkiyənin Malatya vilayətində mikroavtobus yoldan çıxaraq aşıb.

Reyting.az xəbər verir ki, ilkin məlumatlara görə, 22 nəfər yaralanıb.

Hadisə yerinə çoxsaylı xilasetmə qrupları göndərilib.

Qeyd edilir ki, avtobusda olanlar dəfn mərasiminə gedirmiş.

Bundan əlavə, hazırda bu istiqamətdə normadan artıq qar yağdığı üçün ehtiyac olmadan yollara çıxmamaq məsləhət görülür.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər