Tramp Venesuelanın müxalifət lideri ilə görüşəcək
Tarix: 13-01-2026 13:59 | Bölmə: Dünya

Tramp Venesuelanın müxalifət lideri ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp Ağ evdə Nobel Mükafatı Laureatı olan Venesuelanın müxalifət lideri Mara Korina Maçadonu qəbul edəcək.

Reyting.az xəbər verir ki, Ağ ev görüşün cümə axşamı günü keçiriləcəyini bildirib.

Bu görüş ABŞ-nın 3 yanvarda Venesuela prezidenti Nikolas Maduronun ölkədən qaçırılmasından sonra çox əhəmiyyətli hesab olunur.

Qeyd edək ki, Maduro qaçırıldıqdan sonra Tramp 2024-cü il seçkilərində qələbə qazandığını iddia edən Maçadonu ölkənin yeni lideri kimi dəstəkləməyib və onun Venesuelada nüfuzunun olmadığını elan edib. Bunun əvəzinə, ABŞ lideri Maduronun keçmiş vitse-prezidenti Delsi Rodrigezi dəstəkləyib.

Xatırladaq ki, keçən həftə Maçado Trampa şəxsən təşəkkür etmək istədiyini və bu ilki Nobel Mükafatını ona verməyi təklif etdiyini bildirmişdi. Tramp bunun “böyük şərəf” olduğunu desə də, Nobel Komitəsi mükafatın başqasına verilə bilməyəcəyinə dair xüsusi açıqlama vermişdi.

E. KAMAL





Bölməyə aid digər xəbərlər