Rusiyanın dron istehsal edən müəssisəsi vurulub
Tarix: 13-01-2026 14:23 | Bölmə: Dünya

Rusiyanın dron istehsal edən müəssisəsi vurulub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki “Atlant Aero” dron istehsalı müəssisəsinə zərbə endirib.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə (SBU) istinadla məlumat yayıb.

“SBU-nun Alfa Xüsusi Əməliyyatlar Mərkəzi, Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri ilə birlikdə, Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən Atlant Aero zavodunun istehsal müəssisələrinə zərbə endirdi. Zərbələr bir sıra güclü partlayışlara və yanğına səbəb oldu”, - deyə SBU bildirib.

Atlant Aero şirkətinin rus ordusu üçün Molniya tipli zərbə və kəşfiyyat PUA-larının, eləcə də “Orion” PUA-larının komponentlərinin dizaynı, istehsalı və sınaqdan keçirilməsi ilə tam məşğul olduğu deyilir.

Təhlükəsizlik Xidməti qeyd edir ki, zavodun məhv edilməsi PUA-ların istehsal həcmini azaldacaq və işğalçıların dronlardan istifadə edərək kəşfiyyat və zərbə əməliyyatları aparmaq üçün texniki imkanlarını zəiflədəcək.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər