Kubaya gözlənilən təcavüzün riskləri qiymətləndirilib
Tarix: 14-01-2026 08:26 | Bölmə: Dünya

Kubaya gözlənilən təcavüzün riskləri qiymətləndirilib

ABŞ prezidenti Donald Tramp Kubaya təzyiq göstərmək üçün müxtəlif ssenarilər, o cümlədən hərbi müdaxilə üzərində düşünür.

Reyting.az xəbər verir ki, bu barədə rusiyalı amerikaşünas Pavel Dubravski açıqlama yayıb.

Onun sözlərinə görə, ABŞ Venesuelada istifadə etdiyi eyni strategiyadan yararlanmağa cəhd edə bilər. “Onlar iqtisadi blokada ilə başlaya və sonra narazı kubalıları hazırkı hökuməti devirməyə təşviq edə bilərlər. Əgər bu işə yaramasa, o zaman hərbi gücə əl atacaqlar”,- deyə Dubravski əlavə edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər