Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-01-2026 12:49 | Bölmə: Dünya

Böyük Britaniya Rusiyanın ələ keçirilmiş “kölgə donanması”na məxsus gəmilərdəki neftin satışından əldə edilən vəsait hesabına Ukraynanın hərbi səylərinin dəstəklənməsi imkanını müzakirə edir.
Reyting.az xəbər verir ki, bu barədə “Times” qəzeti müzakirələrlə tanış olan hökumət mənbəsinə istinadla məlumat yayıb.
Müzakirə olunan variantlardan birinə görə, London təkcə Rusiyanın hərbi maşınına maliyyə axınlarını kəsməklə kifayətlənməyəcək, eyni zamanda sanksiya altındakı neftin satışından əldə olunan gəlirləri birbaşa Ukraynaya yönəldə bilər. Bununla belə, mənbələr bu mexanizmin praktik tətbiqinin hələlik açıq sual olaraq qaldığını etiraf edirlər.
Mənbə bildirib:
“Bu, Rusiya hərbi maşınına ikiqat təsir göstərəcək: biz onları qanunsuz hərbi gəlirlərdən məhrum etməklə yanaşı, Ukraynanın müqavimətini maliyyələşdirməyə də kömək etmiş olacağıq”.
Bu planlar fonunda Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələrinin Rusiyanın “kölgə donanması”na məxsus gəmilərə qarşı mümkün basqınlara hazırlaşdığı bildirilir. Elit bölmələr helikopterlərdən tankerlərə enmək və onların heyətlərini ələ keçirmək üçün təlim keçiblər. Qeyd olunur ki, hökumətin sanksiyalar və çirkli pulların yuyulmasına qarşı mübarizə qanunvericiliyi çərçivəsində hüquqi əsas yaratmasından sonra bu cür əməliyyatlar mümkün sayılır.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın sanksiya tətbiq etdiyi iki tanker - “Spring Fortune” və “Range Vale” - həftənin ortalarında İngilis kanalından keçməlidir. Hər iki tanker xam neft daşıyır və Kamerun ilə Zimbabvenin saxta bayraqları altında üzür ki, bu da onları potensial müdaxilə hədəfinə çevirir.
“Spring Fortune” ötən ilin may ayında Ukraynanın sabitliyini pozmağa və ya Rusiya hökumətinə fayda verməyə yönəlmiş fəaliyyətlərdə iştirak etdiyinə görə sanksiya siyahısına daxil edilib.
“Range Vale” isə əsasən Baltik dənizindəki Rusiya limanlarından neft daşıyır və 2024-cü ildən sanksiyalar altındadır. Gəminin Rusiyanın “kölgə donanması”nın aparıcı operatorlarından biri olan, BƏƏ-də yerləşən “Radiating World Shipping Services” şirkəti ilə əlaqəli olduğu bildirilir. Tanker indiyədək Kuk adaları, Yunanıstan, Honduras, İndoneziya və Niue də daxil olmaqla bayraq və adlarını dəfələrlə dəyişib.
Bundan əlavə, Böyük Britaniyadakı NATO nümayəndələrinin Atlantik okeanından Avropaya doğru hərəkət edən ən azı üç şübhəli Rusiya tankerini - “Vesna”, “Veronica III” və “Bertha” - izlədiyi qeyd olunur.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər