Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-01-2026 13:31 | Bölmə: Dünya

Ukrayna ilə büharibə başlayandan bu yana İran Rusiyanı təkcə “Şahed” dronları ilə deyil, həm də müxtəlif kalibrli sursatlarla təmin edib.
Reyting.az xəbər verir ki, bunu hərbi ekspert Denis Popoviç Tehrandakı etirazları şərh edərkən bildirib.
“İndi təsəvvür edin ki, bütün bunlar yox olur. Şimali Koreya - biz bunu uzun müddətdir qeyd etməmişik - Rusiyaya sursat tədarük edir. Baxmayaraq ki, onlar bunu milyonlarla tonla təmin ediblər. Amma mən Şimali Koreyanın ehtiyatlarının tədricən tükəndiyi və bu tədarükləri davam etdirmək üçün əlavə imkanlar yaratmağa məcbur olduqları barədə məlumatlar gördüm. Təsəvvür edin ki, bu mənbə İrandan tamamilə kəsilə bilər”, - deyə Popoviç əlavə edib.
Onun sözlərinə görə, İrandakı etirazlar Ukrayna üçün faydalıdır, çünki ölkədə rejim dəyişikliyi halında Tehran Moskvaya bu tədarükləri dayandıra bilər: “Buna görə də hər şey bir-biri ilə bağlıdır: İran süqut edərsə, Rusiyada problemlər olacaq. Venesuela süqut etdiyi üçün İran da süqut edəcək. Şimali Koreya qalır. Şimali Koreyanın Ukraynadakı cəbhəni təchiz etmək qabiliyyəti isə - mənim fikrimcə, olduqca şübhəlidir”.
Xatırladaq ki, “Bloomberg” nəşri əvvəllər İranın Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket satdığını bildirmişdi. Bunlara ballistik və yer-hava raketləri də daxil idi. Rusiya həmçinin İranla “Şahed” dronları üçün 1,75 milyard dollarlıq müqavilə imzalayıb.
Bu arada, “Politico” nəşri yazır ki, Putin Rusiyanın Ukraynadakı müharibəsi səbəbindən müttəfiqlərini itirməyə başlayır. Xüsusilə, Suriya rejimi 2024-cü ildə süqut edib və daha sonra ABŞ Venesuelada Nikolas Maduronu ələ keçirib. Yəni Putinin iyirmi il ərzində qurduğu müttəfiqlər şəbəkəsi dağılmaqdadır.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər