Son 24 saat ərzində ikinci müzakirə: Fidan iranlı həmkarı ilə danışıb
Tarix: 14-01-2026 13:35 | Bölmə: Dünya

Son 24 saat ərzində ikinci müzakirə: Fidan iranlı həmkarı ilə danışıb

Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə son 24 saat ərzində ikinci dəfə telefonla danışıb.

Reyting.az xəbər verir ki, telefon müzakirəsi zamanı Hakan Fidan mövcud regional gərginliyin həlli üçün danışıqların zəruriliyini vurğulayıb.

Qeyd edək ki, son iki həftədə İranda molla rejiminə qarşı ciddi ayaqlanma müşahidə olunur, minlərlə insan küçələrə çıxaraq sosial-iqtisadi vəziyyətə etiraz edir. Artıq etirazlar siyasi xarakter almağa başlayıb. Region ölkəsi kimi Türkiyə İranda olan hər hansı gərginlikdən narahatdır.

ELÇİN





Bölməyə aid digər xəbərlər