Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-01-2026 14:10 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə görüşmək və Ukraynadakı müharibəyə son qoymaq məqsədilə Moskvaya səfər etməyi planlaşdırırlar.
Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumatlı mənbələrə istinadla yazıb.
Mənbələrin bildirdiyinə görə, görüşün bu ay ərzində baş tutması mümkündür. Lakin planlar hələ tam dəqiqləşdirilməyib və İranda baş verən hadisələr səbəbindən səfərin gecikdirilməsi ehtimalı da istisna olunmur.
Bununla belə, Ağ evin sözçüsü belə bir görüşün planlaşdırılmadığını bildirib. Kreml isə mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Nəşrin mənbələrindən biri qeyd edib ki, Putinin Uitkoff və Kuşnerlə ikinci görüşə nə dərəcədə maraq göstərdiyi hələlik bəlli deyil və bu amil tarix müəyyənləşdirilməsində əsas maneə kimi qiymətləndirilir.
Digər mənbələr isə bildiriblər ki, ABŞ rəsmiləri Putin və onun komandasına sülh planının son variantını təqdim etmək istəyirlər. Gözlənilir ki, müzakirələr ABŞ və Avropa ölkələrinin Ukraynaya istənilən sülh sazişinə əməl olunmasını təmin etmək üçün verəcəyi təhlükəsizlik zəmanətləri, eləcə də ölkənin müharibədən sonra yenidən qurulması məsələlərini əhatə edəcək.
Xatırladaq ki, Uitkoff və Kuşner ötən ilin dekabrında Moskvaya səfər edərək Putinlə görüşüblər. Təxminən beş saat davam edən danışıqlar zamanı ciddi irəliləyiş əldə olunmayıb.
Onu da qeyd edək ki, S. Uitkoff ötən il ərzində Rusiyada V. Putinlə altı dəfə görüş keçirib.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər