Rusiya dronları Lvov şəhərinə zərbə endirib
Tarix: 15-01-2026 11:54 | Bölmə: Dünya

Rusiya dronları Lvov şəhərinə zərbə endirib

Rusiya ordusu səhər saatlarında Ukraynanın Lvov şəhərinə dronlarla zərbələr endirib.

Reyting.az bildirir ki, bu barədə Lvov meri Andrey Sadovyi məlumat verib.

“Lvovda partlayış səsləri eşidilib. Məlumatı yoxlayırıq”, - deyə o bildirib.

Sadovyi əlavə edib ki, düşmənin pilotsuz təyyarəsi şəhər mərkəzindəki Bandera abidəsinin yaxınlığındakı uşaq meydançasına düşüb.

“Simvolik yer təcavüzkarın ən çox qorxduğu şeydir”, - deyən mer itkinin olmadığı bildirib.

Mer əlavə edib ki, partlayış dalğası yaxınlıqdakı binaların, o cümlədən Politexnik binasının və yaşayış binalarına zərər vurub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər