Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-01-2026 14:33 | Bölmə: Dünya

Çin istehsalı olan “J-10” (Chengdu J-10) qırıcı təyyarəsi 2025-ci ildə ilk hava qələbəsini qazanıb.
Reyting.az “Defense Express”ə istinadla xəbər verir ki, bu barədə Çinin Müdafiə Elmi, Texnologiyası və Sənayesi Dövlət Administrasiyası məlumat yayıb.
Məlumata görə, hadisə Pakistan Hərbi Hava Qüvvələrinin istismarında olan və təxminən 20 analoji təyyarədən ibarət parkın Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” (Fransa istehsalı) qırıcısını vurması ilə təsdiqlənib.
Qeyd olunur ki, 2025-ci ilin may ayında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “J-10CE” qırıcısı təxminən 200 kilometr məsafədən “PL-15” uzaqmənzilli raketindən istifadə edərək Hindistanın Dassault “Rafale” təyyarəsini vurub.
Çin tərəfi hava döyüşü zamanı bir neçə düşmən təyyarəsinin məhv edildiyini bildirir. Pakistan daha əvvəl beş Hindistan təyyarəsinin vurulduğunu açıqlasa da, müxtəlif müşahidəçilər yalnız iki təyyarənin itirildiyini ehtimal edirlər. Həmçinin qeyd olunur ki, döyüşdə iştirak edən təyyarələr təkcə Dassault “Rafale” deyil, eyni zamanda “Su-30MKI” qırıcıları da ola bilər.
Çin, həmçinin döyüş zamanı heç bir “J-10CE” qırıcısının itki vermədiyini iddia edir.
“Bu iddianı təkzib edən açıq mənbəli birbaşa dəlil yoxdur. Lakin Hindistan böyük uğurlar əldə etdiyini, hətta “S-400” hava hücumundan müdafiə sisteminin təyyarə vurduğunu iddia etməklə bu mövqeni mübahisələndirməyə çalışır. Dəlillərin olmaması və hər hansı itkinin ilkin mərhələdə inkar edilməsi nəzərə alınarsa, bu iddiaların doğruluğu az ehtimal olunur”, - deyə müəlliflər bildiriblər.
Çin tərəfi bu hadisəni 2025-ci il üçün milli müdafiə sənayesinin ən mühüm on hadisəsindən biri hesab edir. Siyahıya, həmçinin “Fujian” təyyarədaşıyan gəmisinin istismara verilməsi, İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş hərbi parad, uran istehsalı və emalı sahəsində nailiyyətlər, kosmik sənayedə əldə olunan irəliləyişlər və digər mühüm hadisələr daxildir.
Xatırladaq ki, 2025-ci ilin may ayında Hindistan və Pakistan arasında qısamüddətli hərbi toqquşma baş verib. Qarşılıqlı hücumlarda ümumilikdə 125 qırıcı iştirak etsə də, tərəflərdən heç biri qarşı ölkənin hava məkanını pozmayıb. Eyni zamanda, Hindistan Hərbi Hava Qüvvələri 2016-cı ildə ölkə üçün istehsal olunmuş bir “Rafale” qırıcısını itirib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər