Tramp Venesuela müxalifətinin lideri ilə görüşüb
Tarix: 16-01-2026 09:20 | Bölmə: Dünya

Tramp Venesuela müxalifətinin lideri ilə görüşüb

ABŞ prezidenti Donald Tramp yanvarın 15-də Ağ evdə Nobel mükafatçısı və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb.

Reyting.az "Reuters" agentliyinə istinadla bildirir ki, təxminən bir saata qədər davam edən ilk görüşdən sonra Maçado danışıqların "əla" keçdiyini deyib. Lakin prezident Tramp görüş barədə şərh verməyib.

Maçado Ağ evdəki görüş zamanı Nobel mükafatını prezident Trampa bağışlayıb-bağışlamadığı barədə medianın suallarını cavablandırmaqdan imtina edib.

Yayılan qeyri-rəsmi məlumatlara görə, hətta Maçado gizlincə Nobel mükafatını Trampa gətirib.

Ağ evin mətbuat katibi Karolayn Levitt deyib ki, Tramp əslində, Maçado ilə konstruktiv söhbətə ümid edib və buna görə də onu Venesuela xalqı üçün "cəsur səs" adlandırıb. Bununla yanaşı, prezident Trampın Maçadonun ölkəyə rəhbərlik üçün kifayət qədər güclü dəstəyə malik olmadığı ilə bağlı fikrinin dəyişməyib. ABŞ prezidenti eyni zamanda Venesuelada gələcəkdə seçkilərin keçirilməsinə də ümid etdiyini bildirib.

Xatırladaq ki, yanvarın əvvəlində prezident Nikolas Maduro ABŞ hərbi qüvvələri tərəfindən saxlanıldıqdan sonra Venesuelanın əsas siyasi siması sayılan Mariya Korina Maçado müxalifətin hakimiyyətə gəlməyə tam hazır olduğunu bəyan etsə də, Donald Tramp bu təklifi dəstəkləməmişdi.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər