Qrem: Rusiya qoşunları ilhaq edilmiş əraziləri tərk etməyəcək
Tarix: 16-01-2026 12:07 | Bölmə: Dünya

Qrem: Rusiya qoşunları ilhaq edilmiş əraziləri tərk etməyəcək

“Ukraynanın istəklərinə baxmayaraq, Rusiya qoşunları ilhaq edilmiş əraziləri tərk etməyəcək”.

Reyting.az xəbər verir ki, bu açıqlamanı ABŞ-nın respublikaçı senatoru Lindsi Qrem “X” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Ərazi mübadiləsi məsələsinə toxunan L. Qrem bildirib ki, yaxın vaxtlarda Rusiya əsgərlərinin Ukrayna ərazisindən çıxarılması mümkün görünmür.

Eyni zamanda senator münaqişənin həlli üçün gələcəkdə imzalanacaq hər hansı sülh sazişinin ABŞ Konqresi tərəfindən təsdiqlənməli olduğunu iddia edib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin razılaşmaya gəlməyə və münaqişəyə son qoymağa hazır olduğunu, Ukrayna prezidenti Vladimir Zelenskinin isə buna hazır olmadığını bəyan etmişdi.

E. KAMAL





Bölməyə aid digər xəbərlər