Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-01-2026 13:08 | Bölmə: Dünya

Böyük Britaniya Rusiya lideri Vladimir Putinlə Avropanın birbaşa danışıqları bərpa etməsi barədə təklifi dəstəkləmir.
Reyting.az “Politico” nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper Moskvanın sülhə inandırıcı maraq göstərmədiyini bildirib.
Qeyd olunur ki, İvet Kuper Fransa prezidenti Emmanuel Makronun və İtaliyanın baş naziri Corcia Meloninin Avropanın Ukraynadakı müharibəyə son qoymaq səylərinin bir hissəsi kimi Rusiya ilə diplomatik əlaqələrin bərpa olunması barədə təkliflərini rədd edib.
“Düşünürəm ki, Putinin həqiqətən sülh istədiyinə dair dəlillərə ehtiyacımız var. Bu mərhələdə isə mən hələ də belə dəlillər görmürəm”, - deyə o vurğulayıb.
“Politico” yazır ki, bu açıqlamalar Brüsseldə Vaşinqtonun Moskva ilə gələcək danışıqlarda liderliyi ələ alacağı təqdirdə Avropa İttifaqının prosesdən kənarda qala biləcəyi ilə bağlı narahatlıqlar fonunda səsləndirilib. Kuper bildirib ki, diplomatik ağırlıq mərkəzi hazırda Ukrayna və onun ən yaxın tərəfdaşları üzərindədir.
“Ukraynanın, ABŞ-nın və Avropanın dəstəyi ilə, xüsusilə təhlükəsizlik zəmanətləri çərçivəsində sülh planları hazırlamaq üçün ciddi öhdəliklər görürük. Lakin indiyədək Putinin danışıqlar masasına oturmağa və ya müzakirələrə açıq olmağa hazır olduğuna dair heç bir dəlil görməmişəm”, - deyə nazir əlavə edib.
O, həmçinin qeyd edib ki, belə dəlillər olmadığı halda Moskvaya təzyiq azaldılmamalı, əksinə, sanksiyalar və Ukraynaya hərbi dəstək vasitəsilə daha da gücləndirilməlidir: “İnanıram ki, bu son dərəcə vacib işlə paralel olaraq iqtisadi təzyiqi və Ukraynaya hərbi dəstəyi artırmaqla Rusiyaya qarşı təzyiqi gücləndirməyə hazır olmalıyıq”.
Xatırladaq ki, Fransa prezidenti Makron Avropanın müəyyən mərhələdə Putinlə dialoqu bərpa etməli olacağını deyib. O bildirib ki, ABŞ-nın Ukraynada sülhə nail olmaq səyləri uğursuz olarsa, belə bir dialoq qaçılmazdır. Makron həmçinin Avropa liderlərinin Rusiya ilə sülh danışıqlarından kənarda saxlanılmasından narazılığını ifadə edib.
İtaliyanın baş naziri Corcia Meloni də Makronun mövqeyini bölüşüb:
“Düşünürəm ki, Makron haqlıdır. Avropanın Rusiya ilə danışmasının vaxtı çatıb, əks halda təsir imkanlarımız məhdudlaşacaq. Lakin əsas sual budur ki, bunu kim etməlidir? Biz xaotik davranmamalıyıq, əks halda Putinin maraqlarına xidmət etmiş olarıq”.
Bundan əlavə, Avropa Komissiyasının sözçüsü Paula Pinyo da yaxın vaxtlarda Putinlə birbaşa danışıqların qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynada sülh bir nəfərdən asılıdır və bu şəxs Rusiya lideridir: “Buna görə də, müəyyən mərhələdə prezident Putinlə danışıqlar aparmalı olacağımız aydındır”.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər