Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-01-2026 15:20 | Bölmə: Dünya

ABŞ-ın İslandiyadakı səfiri postuna namizəd olan şəxsin İslandiyanın Amerikanın 52-ci ştatı ola biləcəyi ilə bağlı zarafatı islandiyalıların ciddi narazılığına səbəb olub.
Reyting.az xəbər verir ki, minlərlə insan potensial səfirin bu fikirlərinə etiraz olaraq petisiya imzalayıb.
Rəsmilərin jurnalistlərə verdiyi məlumata görə, ABŞ-ın İslandiyadakı səfiri postuna namizəd Billi Lonq “İslandiya 52-ci ştat olacaq, mən isə onun qubernatoru olacağam”,- ifadəsini zarafatla səsləndirib.
Billi Lonq bu açıqlamanı ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın nəzarətinə götürmək niyyəti ilə bağlı müzakirələrin aparılacağı, Qrenlandiya və Danimarkanın yüksək vəzifəli rəsmilərinin ABŞ nümayəndələri ilə görüşündən əvvəl səsləndirib.
İslandiya Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirmək üçün ABŞ səfirliyi ilə əlaqə saxladığını açıqlayıb. Eyni zamanda islandiyalılar ölkənin xarici işlər naziri Katrin Qunarsdottirə müraciət edərək Lonqun namizədliyinin rədd edilməsi tələbi ilə petisiya başladıb.
Petisiyada qeyd olunur ki, hətta Lonqun açıqlamaları zarafat xarakterli olsa belə, bu, azadlıqları uğrunda mübarizə aparmış və hər zaman ABŞ-ın dostu olmuş İslandiya dövləti və xalqına qarşı hörmətsizlikdir.
Bir müddət sonra Billi Lonq səsləndirdiyi fikirlərə görə üzr istəyib. O bildirib ki, bu şərhlər zarafat məqsədi daşıyıb və başqalarının ABŞ prezidentinin Qrenlandiya üzrə xüsusi elçisi Ceff Lendri barədə zarafatlar etməsindən sonra səsləndirilib.
“Bu, ciddi bir məsələ deyildi. Mən üç ildir görüşmədiyim insanlarla birlikdə idim. Onlar Ceff Lendrinin Qrenlandiyanın qubernatoru olması ilə bağlı zarafat edirdilər. Daha sonra mənimlə bağlı da zarafatlar başladı. Əgər kimsə incidisə, üzr istəyirəm”, - deyə Lonq əlavə edib.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər