İsrailin Qəzza zolağına hücumları ara vermir
Tarix: 19-01-2026 08:55 | Bölmə: Dünya

İsrailin Qəzza zolağına hücumları ara vermir

Qəzza zolağının şimal və cənub əraziləri yenidən hava hücumlarına və artilleriya atəşinə məruz qalıb.

Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Yerli mənbələrin məlumatına görə, İsrail aviasiyası və artilleriya bölmələri bazar günü, yanvarın 18-i səhər saatlarında Rəfahın şimal-qərbini və Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin cənub-şərqini atəşə tutub.

Eyni zamanda, Qəzza zolağının şimalında Cəbəliyə qaçqın düşərgəsi, Ət-Tuffah məhəlləsi və Bureyc qaçqın düşərgəsi atəşə məruz qalıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər