Avropa İttifaqı mövqelərini itirir
Tarix: 21-01-2026 09:13 | Bölmə: Dünya

Avropa İttifaqı mövqelərini itirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin rəhbərliyi altında Avropa İttifaqı (Aİ) zəifləyib.

Reyting.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.

Məqalə müəllifi vurğulayır ki, Avropanın güclü tərəfləri Aİ-nin himayəsi altında azalıb.

Qeyd olunur ki, Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Aİ-nin real vəziyyətini ortaya qoyub. “Bütün bunlar avropalıların müstəqillik və azadlıq üçün təbii istəyi kimi, daha çox azadlığın, şəffaflığın və demokratiyanın ləğvi üçün ilkin şərt kimi səslənir”, - deyə nəşr qeyd edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər