Pekin Minskə 300 milyon yuan ayıracaq
Tarix: 21-01-2026 12:08 | Bölmə: Dünya

Pekin Minskə 300 milyon yuan ayıracaq

Çin Xalq Respublikası Belarusa 300 milyon yuan dəyərində texniki və iqtisadi yardım göstərəcək.

Reyting.az xəbər verir ki, Çinin ayıracağı bu yardım 9 dekabr 2025-ci ildə Minskdə imzalanmış inkişaf üzrə əməkdaşlıq sazişi çərçivəsində sosial yönümlü, qısa müddətli, eyni zamanda kiçik miqyaslı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Məlumata görə, cari məzənnə ilə Çin tərəfinin ayırdığı bu məbləğ təxminən 43 milyon ABŞ dollarına bərabərdir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər