Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-01-2026 14:30 | Bölmə: Dünya

“ABŞ və Avropa arasında Qrenlandiya ilə bağlı fikir ayrılıqları NATO-nun birliyini zəiflədərək, alyansın düşmənləri çəkindirmək qabiliyyətinə zərər vura bilər”.
Reyting.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin general-leytenantı Aleksandr Solfrank xəbərdarlıq edib.
Onun fikrincə, Qrenlandiya ətrafında yaranan mübahisə Rusiyanın NATO-ya qarşı mümkün hücumları üçün həssas mühit formalaşdıra bilər.
“NATO-nun gücü mahiyyət etibarilə “hamı bir üçün, bir hamı üçün” prinsipinə əsaslanır. Əgər bu prinsip pozularsa, alyansın mahiyyəti də itər”, - deyə general bildirib.
A. Solfrankın sözlərinə görə, bu prinsip sonuncu dəfə 11 sentyabr terror hücumlarından sonra tətbiq olunub. Həmin vaxt Vaşinqton Əfqanıstandakı əməliyyatlara NATO üzvlərini cəlb etmək üçün alyansın kollektiv müdafiə mexanizmi olan 5-ci maddəni işə salıb. Bu, 5-ci maddənin indiyədək yeganə tətbiqi olub.
Almaniyada hərbi əməliyyatların planlaşdırılması və icrasına cavabdeh olan Solfrank vəziyyəti ciddi qiymətləndirir.
Qeyd edək ki, Almaniyanın ali hərbi rəhbərliyi adətən beynəlxalq siyasətlə bağlı açıq şərhlər verməkdən çəkinir. Lakin Solfrank da daxil olmaqla bir sıra yüksək rütbəli zabitlər Moskvanın yaratdığı təhlükə barədə açıq danışırlar.
General ötən il də Rusiyanın istənilən vaxt NATO-ya hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Solfrank bildirib ki, ABŞ-nın Qrenlandiyanı strateji cəhətdən mühüm ərazi hesab etməsi başadüşüləndir, lakin bu əhəmiyyət təkcə Şimali Amerika ilə məhdudlaşmır, bütün transatlantik alyansa aiddir: “NATO yalnız Avropada deyil, Atlantik və Şimali Atlantika regionlarında da mühüm rol oynayır”.
General əlavə edib ki, Rusiyanın NATO-ya qarşı genişmiqyaslı hücum təşkil edəcəyinə inanmır. Bununla belə, o, Moskvanın Avropanın təhlükəsizlik arxitekturasını dəyişmək məqsədilə alyansın ən şərq üzvlərindən birini, ehtimal ki, Baltikyanı dövlətlərdən birini hədəf alan sərhəd insidenti yaratmağa hazır və qadir olduğunu deyib.
Jurnalistlərin yazdığına görə, Almaniya Rusiyanın mümkün hücumu halında tədbirləri əks etdirən məxfi plan üzərində işləyir. Həmin plana əsasən, Almaniya cəbhəyə təxminən bir milyon əsgərin daşınması üçün əsas logistika mərkəzinə çevriləcək. Solfrankın sözlərinə görə, müharibə baş verərsə, bu plan bir gecə ərzində aktivləşdirilə bilər.
General sonda əlavə edib ki, Almaniya artıq yeni qanunlar qəbul edir, qonşu ölkələrlə müqavilələr bağlayır, körpüləri və dəmir yollarını gücləndirir. Bütün bunlar qoşunların, sursatın və hərbi texnikanın şərq istiqamətində hərəkətini təmin etmək məqsədi daşıyır:
“Biz artıq sifariş rejimində deyil, çatdırılma rejimindəyik. Avadanlıq və sursatlar çatdırılır. Amerikalılarla birlikdə intensiv təlimlər keçiririk. Fəaliyyət inanılmaz dərəcədə genişdir. Rusiya bizim zəiflədiyimizi düşünməməlidir”.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər