Rusiyanın üç aeroportunda məhdudiyyətlər tətbiq edilib
Tarix: 22-01-2026 00:02 | Bölmə: Dünya

Rusiyanın üç aeroportunda məhdudiyyətlər tətbiq edilib

Rusiyanın Qroznı, Vladiqafqaz və Maqas hava limanlarında təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Reyting.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətindən bildiriblər.

Qroznı (Severnı), Vladikavkaz (Beslan) və Maqas hava limanlarına təyyarələrin gəlişi və yola düşməsinə məhdudiyyətlər tətbiq edildiyi bildirilsə də, səbəblərinə aydınlıq gətirilimir.

Digər mənbələr bildirirlər ki, hava limanlarının fəaliyyətini dayandırması Ukraynanın hücumları ilə əlaqəlidir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər