Ukrayna ordusu Rusiyanın dörd neft anbarını vurub
Tarix: 22-01-2026 00:04 | Bölmə: Dünya

Ukrayna ordusu Rusiyanın dörd neft anbarını vurub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarının Temryuk rayonunun Volna kəndindəki liman terminallarına hücum edib.

Reyting.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Veniamin Kondratyev “Telegram” kanalında yazıb.

Qubernatorun ilkin məlumatına görə, iki şirkət işçisi ölüb və bir neçə nəfər yaralanıb.

V. Kondratyev həmçinin liman terminallarında dörd neft anbarının yandığını da bildirib.

Hadisənin nəticələrini aradan qaldırmaq üçün 97 nəfərlik heyət və 29 texnika cəlb edilib.

Daha əvvəl Azov dənizi üzərində Ukrayna Silahlı Qüvvələri ilə toqquşma baş verib.

ELÇİN





Bölməyə aid digər xəbərlər