Admiral hökumət qüvvələri ilə terrorçuları barışdırmaq istəyir
Tarix: 23-01-2026 15:33 | Bölmə: Dünya

Admiral hökumət qüvvələri ilə terrorçuları barışdırmaq istəyir

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri, admiral Bred Kuper Dəməşq hökuməti ilə YPG/SDG terror təşkilatı arasında əldə olunmuş atəşkəsi təmin etmək üçün Suriyaya gəlib. O, YPG/SDG lideri, Məzlum Abdi kimi tanınan Ferhat Abdi Şahin ilə görüşdükdən sonra bu ölkəyə səfər edib.

Reyting.az “Əl-Ərəbiyyə” telekanalına istinadla bildirir ki, Kuper dünən Şimali İraqda YPG/SDG lideri Abdi ilə görüşüb.

Kuperin məqsədi Dəməşq ilə YPG/SDG arasında əldə edilən atəşkəsin tətbiqini təmin etməklə yanaşı İŞİD terrorçularının İraqa köçürülməsini müzakirəyə çıxarmaqdır.

Qeyd olunur ki, Kuper Suriya hökuməti ilə YPG/SDG terror təşkilatı arasında gərginliyin daha da artmasının qarşısını almağa çalışır.

CENTCOM komandiri YPG/SDG lideri Abdi ilə görüşüb Suriyaya səfər etməsi xəbərinə hələlik münasibət bildirməyib.

Onu da qeyd edək ki, ABŞ-nın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrak dünən Ərbildə YPG/SDG-nin sözdə siyasi qanadının liderlərindən biri olan İlham Əhmədlə görüşüb. Görüşdə 18 yanvarda Suriya hökuməti ilə YPG/SDG arasında əldə edilən atəşkəs və tam inteqrasiya sazişinin müzakirə olunduğu bildirilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər