Tarix: 31-08-2016 18:04 | Bölmə: Dünya

"Türkiyə Avropa Birliyinə ancaq prezident Rəcəb Tayyib Ərdoğandan sonra üzv ola bilər”
Bunu AB-nin Rəqəmsəl iqtisadiyyat komissiyasının üzvü Gunther Oettinger deyib.
Almaniyanın "Bild” qəzetinə açıqlama verən almaniyalı nümayəndə bunun səbəbini Türkiyənin hazırkı şəraitdə Avropa Birliyi standartlarına uyğun gəlməməsi və uyğunlaşma prosesinin ən azı, 10 il çəkə biləcəyi ilə əsaslandırıb.
Xristian Birlik Partiyasından olan siyasətçi Türkiyənin Avropa Birliyi üçün geostrateji və iqtisadi baxımdan əhəmiyyətini inkar etməsə də, Ankaranın viza sərbəstliyi üçün lazımi bütün şərtləri yerinə yetirmədiyini düşünür. Onun ən çox maneə kimi gördüyü məsələ isə Türlkiyənin terror mübarizə qanunda tələb olunan islahatlara barmaqarası baxmasıdır: "Xüsusilə də terrorla mübarizə qanununda dəyişikliyə gedilməsi istiqamətində biz tərəfdən hər hansı güzətli yanaşma sərgiləmək mümkün deyil. Bizim üçün hüquq dövləti və düzgünlük, hər şeydən öndə gəlir”,- Gunther Oettinger belə deyib.
Qeyd edək ki, Türkiyəyə güzəştli viza tətbiqi AB ilə imzalanan qaçqınlar sazişinin tələblərindən biridir. (Strateq.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək