Tarix: 16-10-2016 16:52 | Bölmə: Dünya

Rusiya ABŞ-ın hər kəsi izlədiyini və dinlədiyini bilir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
ABŞ vitse-prezidenti Co Baydenin bəyanatına toxunan V.Putin deyib ki, ABŞ tərəfindən haker hücumu təhdidi beynəlxalq davranış normalarına uyğun deyil: "ABŞ tərəfindən haker hücumu təhdidi ilə bağlı yeganə yenilik odur ki, ilk dəfə ABŞ belə yüksək səviyyədə etiraf edir ki, onlar bununla məşğuldurlar. Ancaq bu, beynəlxalq normalara uyğun deyil. Görünür ki, əsəbiləşirlər. Vaşinqtonun Rusiyadan düşmən obrazı yaratması ABŞ hakimiyyətinin cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir”.
Qeyd edək ki, ötən gün C.Bayden bəyan edib ki, ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq, Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək