Tarix: 10-11-2016 16:59 | Bölmə: Dünya / Xəbərlər
İki
gündür ki, Rusiyada bir sıra siyasətçilər Trampın seçilməsinə görə bayram edir.
ABŞ prezidentini ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin
olub. Dünən bu münasibətlə LDPR-in lideri Vladimir Jirinovski "Vesti”nin canlı
efirində şampan içib, bu qələbə münasibətilə Rusiya xalqını təbrik edib.
Lakin Tramp növbəti dəfə sürpriz açıqlama verib. Seçki kampaniyası dövründə Rusiya ilə ABŞ-ın münasibətlərini yaxşılaşdıracağını deyən Tramp seçildikdən sonra tam fərqli mövqe sərgiləyib.
Donald Tramp bu gün CNN-ə müsahibə verib. Bizimyol.info bildirir ki, siyasi icmalçı Farid Zakariyyanın suallarını cavablandıran D.Tramp bildirib ki, o, İŞİD-i məhv edəcək: "İŞİD-i məhv edəcəyik, Rusiyanın Krım və Donbassdakı işğalçı hərəkətlərinə sanksiyaların götürülməsindən söhbət belə gedə bilməz. Hətta Moskvaya qarşı sanksiyalar daha sərt olacaq və onu Şimali Koreya kimi təcrid edəcəyik”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək