15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Fransa hökuməti 76 məscidi hədəfə alıb
Tarix: 10-12-2020 19:55 | Bölmə: Dünya

Fransada ekstremizmə qarşı görülən tədbirlər çərçivəsində bir sıra məscidlərin bağlanması haqda məlumat yayılıb.
“Əl-Cəzirə” kanalı xəbər verir ki, Fransa hökuməti ölkədə ekstremizmlə mübarizə aparmaq üçün separatizm şübhəsiylə 76 məscidi hədəfə alıb.
Daxili işlər naziri Jerald Darmanen RTL radiosuna müsahibəsində bir sıra ibadət yerlərində yoxlamaların aparılacağını bəyan edib: “Ekstremizmlə bağlı şübhələrimiz təsdiqlənərsə, onların bağlanmasını tələb edəcəyik”.
Nazir radikalizm şübhəsi ilə 66 qeyri-leqal miqrantın da ölkədən deportasiya olunduğunu vurğulayıb.
“Əl-Cəzirə”nin məlumatına görə, Fransa hökuməti son zamanlar ölkədə baş verən ölümcül hücumlarla bağlı daxili işlər nazirinin “içimizdəki düşmən” açıqlamasına əsaslanaraq tədbirlər görməyə başlayıb.
Jerald Darmanen çıxışında ölkədə fəaliyyət göstərən 2600 ibadət yerindən 76-nın Fransa dəyərlərinə zidd və təhlükə olduğunu vurğulayıb: “Bəzi bölgələrdəki ibadət yerlərində imamlar açıq şəkildə dövlət əleyhinə fəaliyyət göstərirlər. Kəşfiyyat idarəsi onları izləyir və belə ibadətgahların fəaliyyətinin dəyərlərimizə zidd olduğu görünür”.
Fransada məscidlərdə aparılan yoxlamalar orta məktəb müəllimi Semuel Patinin qətlə yetirilməsi və Nitsadakı kilsədə üç nəfərin bıçaqlanaraq öldürülməsi fonunda baş verir.
Semuel Pati bu il oktyabrın 20-də Fransa paytaxtı yaxınlığındakı Konflan-Sent-Onorin şəhərində öldürülüb.
Semuel Pati söz azadlığından dərs dediyi vaxt orta məktəb şagirdlərinə Məhəmməd peyğəmbərin 2008-ci ilin iyulunda “Charlie Hebdo” jurnalında dərc olunan karikaturasını nümayiş etdiribmiş. Həmin karikatura “Charlie Hebdo” jurnalında çap edildiyi dövrdə müsəlmanların çox böyük etirazlarına səbəb olmuş, hətta bu etirazlar qətllərə, terror hadisələrinə gətirib çıxarmışdı.
Fransada yaşayan rusiyalı mühacir, çeçen əsilli müsəlman, 18 yaşlı Abdullah Anzorov 47 yaşlı müəllimi Semuel Patini peyğəmbərin karikaturasını nümayiş etdirdiyinə görə cəzalandırmaq qərarına gəlib və oktyabrın 16-da məktəbin yaxınlığında müəllimin başını kəsib. Daha sonra Anzorov polisin odlu silahdan açdığı atəşdən ölüb.
Oktyabrın sonlarında isə Tunisdən olan 21 yaşlı mühacir Fransada Nitsa kilsəsində üç nəfəri öldürüb. O, “Allahu əkbər” qışqıra-qışqıra kilsədə bir qadının başını kəsib, daha iki nəfəri bıçaqla qətlə yetirib.
“Əl-Cəzirə”nin məlumatına görə, Jerald Darmanenin açıqlamasında konkret hansı ibadət yerlərinin yoxlanacağı bildirilməyib.
“Associated Press” agentliyinin əldə etdyi bilgiyə əsasən, daxili işlər naziri regional təhlükəsizlik rəhbərlərinə göndərdiyi qeyddə paytaxt Parisin ətarfında 16 və ölkənin digər bölgələrində 60 ünvanı göstərib.
Nazir Fransadakı 2600 müsəlman ibadətgahından yalnız bir hissəsinin ekstremizmdə şübhəli bilindiyini söyləməklə ölkənin geniş radikallaşmadan uzaq olduğunu deyib: “Fransada demək olar bütün müsəlmanlar respublikanın qanunlarına hörmət edir və radikallaşmadan əziyyət çəkirlər”.
“Əl-Cəzirə” kanalı Fransa prezidenti Emmanuel Makronun oktyabr ayında açıqladığı plana da diqqət çəkib. Fransa prezidenti “islam separatizminin” qarşısını almaq üçün hazırladığı planda islamı böhran içərisində olan bir din kimi xarakterizə edib. Onun bu şərhi dünyada və Fransada yaşayan müsəlmanların qəzəbinə səbəb olub.
Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkədir. Ona görə də ölkədə son aylarda baş verən bir sıra hadisələr bəzilərində hücumların kütləviləşəcəyi qorxusu yaradır.
Fransa hökuməti Semuel Patinin qətlindən sonra nifrət aşılamaqda şübhəli bilinən insanlara qarşı tədbirlər çərçivəsində regionlardakı bəzi məscidlərin müvəqqəti bağlanmasına qərar verib.(Novator.az)
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 15:43
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
13-02-2026, 12:45
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
13-02-2026, 08:37
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
13-02-2026, 08:12
Almaniyalı nazirin davranışı təəccüb doğurub
13-02-2026, 00:01
NATO-nun beş ölkəsi ucuz dronlar alacaq
12-02-2026, 13:15
Türk Kosovada baş nazirin müavini vəzifəsində çalışacaq
12-02-2026, 12:34
Piotların tətili səbəbindən yüzlərlə uçuş təxirə salınıb
12-02-2026, 12:27
Dronlar Volqoqradda hərbi obyektə hücum edib - Foto
12-02-2026, 09:19
ABŞ-nın qərarı Rusiyanın sərt reaksiyasına səbəb olub
12-02-2026, 09:12
Kiyevin mərkəzində partlayış baş verib
12-02-2026, 08:56
Argentinada minlərlə insan əmək islahatına etiraz edir
12-02-2026, 00:09
London Ukraynaya silah almaq üçün yüksək məbləğ ayırmağa razıdır
11-02-2026, 20:09
General: Ruslar ağlasığmaz tələblər irəli sürür
11-02-2026, 18:19
Lukaşenko Sülh Şurası liderlərinin görüşündə iştirak etməyəcək
11-02-2026, 17:10
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
11-02-2026, 16:59
Moskva məhkəməsi "Telegram"ı cərimələyib
11-02-2026, 16:24
Bütün uçuşlar 10 gün müddətinə dayandırılıb
11-02-2026, 12:43
Kolumbiya prezidentini öldürmək istəyiblər
11-02-2026, 09:17
Starmerin taleyi Epsteyn qalmaqalı ilə proqnozlaşdırılır
11-02-2026, 09:10
Baş nazir: Aİ Rusiya ilə danışıqlara başlasa, gücünü göstərəcək
11-02-2026, 08:49
Kanadada məktəbə silahlı basqında 9 nəfər öldürülüb
11-02-2026, 07:53
Estoniya "Buz dövrü"nü yaşayır - Fotolar
10-02-2026, 17:14
Avropa silahlanmaya 6,8 trilyon avro xərcləməlidir
10-02-2026, 13:39
İran nüvə obyektlərinin girişlərini torpaqla doldurur - Fotolar
10-02-2026, 12:16
Vens “erməni soyqırımı” kompleksini ziyarət edib
10-02-2026, 09:49
Çexiyada hər on nəfərdən biri əcnəbidir
10-02-2026, 08:29
Donald Tramp sələflərini “təftişə” başlayıb
10-02-2026, 08:05
Siyasi fəal Putinə görə 30 min cərimə ödəyəcək - Foto
9-02-2026, 23:35
İsrail ordusu “Hizbullah”ın rəhbər şəxsini öldürüb
9-02-2026, 18:07
Fransa Ukraynaya yeni döyüş təyyarələri verəcək
9-02-2026, 13:42
İsrail Trampı İrana hücuma hazır olduğu barədə xəbərdar edib
9-02-2026, 13:03
Qadın evini təmizləyərkən tank əleyhinə mərmi tapıb
9-02-2026, 12:57
Starmer baş nazir vəzifəsini itirə bilər
9-02-2026, 08:53
Dalay Lama pedofil maliyyəçi ilə görüşüb?
9-02-2026, 08:34
Qar uçqunu 4 nəfərin ölümünə səbəb olub
8-02-2026, 08:47
ABŞ səfiri spikerə savaş elan edib
6-02-2026, 17:01
Qəddafinin oğlu yalnız ailə üzvlərinin iştirakı ilə dəfn ediləcək
6-02-2026, 12:44
Rus generala Moskvada sui-qəsd ediblər
6-02-2026, 09:53
Tramp: Hava limanı və stansiya mənim adımı daşısın
6-02-2026, 09:05
Zelenskinin müsahibəsi Kallası qəzəbləndirib?
5-02-2026, 23:27
Zelenski yeni döyüş əməliyyatlarını təsdiqləyib
5-02-2026, 18:18
Kreml START üzrə ABŞ ilə dialoq şərtlərini açıqlayıb
5-02-2026, 13:47
Tramp Qrenlandiyadan böyük qazanc əldə etmək istəyir
5-02-2026, 12:36
Bacısı Qəddafinin Əlcəzairlə sərhəddə öldüyünü bəyan edib
5-02-2026, 08:30
Rusiyada şəhərin yarısı işıqsız və istiliksiz qalıb
5-02-2026, 08:19
Tramp Kuba ilə danışıqlara başlayıb
5-02-2026, 08:14
Tokayev Pakistanın ali ordeni ilə təltif edilib
4-02-2026, 20:27
Kiyevə 90 milyard avro kredit verəcəklər
4-02-2026, 15:16
Cil Baydenin keçmiş əri arvadının qətlində ittiham olunur - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək