15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Navalnı Putini aşıra bilərmi? – Nina Xruşşovanın məqaləsi
Tarix: 23-02-2021 16:48 | Bölmə: Dünya

1953-1964-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş Nikita Xruşşovun nəvəsi Nina Xruşşova “Project Syndicate” beynəlxalq media təşkilatının saytında “Navalnı Putini aşıra bilərmi?” başlıqlı məqalə ilə çıxış edib. Məqalə saytda ingilis və rus dillərində yerləşdirilib.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis, professor Nina Xruşşova ABŞ-da yaşayır, Nyu-Yorkdakı Dünya Siyasəti İnstitutunun baş elmi işçisidir.
Reyting.az Nina Xruşşovanın məqaləsini təqdim edir:
Ötən əsrdə Rusiyada siyasi rejim iki dəfə süquta uğrayıb. 1917-ci ildə bolşevik inqilabı uçurumun kənarından asılı qalmış monarxiyanı devirib. 1991-ci ildə isə sərt marksizm-leninizm tərəfdarlarının islahatçı Mixail Qorbaçova qarşı uğursuz üsyanı laxlayan SSRİ-nin dağılmasını sürətləndirib. Son zamanlar Rusiyanı bürüyən etiraz dalğası yeni bir rejim dəyişikliyinə dəlalət edirmi?
Çətin. Əlbəttə, 2011-2012-ci illərdə Vladimir Putin üçüncü dəfə prezident kimi and içərkən Rusiyanı sarsıdan etirazlardan fərqli olaraq indiki hərəkatın rəğbət doğuran, xarizmatik lideri var. Aleksey Navalnı artıq bir neçə ildir korrupsiya ilə yorulmadan mübarizə aparır. Putin rejiminə qarşı mübarizəsini davam etdirdiyinə görə onu bu ilin yanvarda Almaniyadan qayıdarkən həbs ediblər. Navalnı Kremlin sevdiyi “Noviçok” maddəsi ilə zəhərlənəndən sonra bir neçə ay Almaniyada müalicə almışdı.
Çar və sovet rejimlərinin qaranlıq günlərindən fərqli olaraq Putin rejimi nə laxlayır, nə də sarsılır. Son 10 ildə Putin polis dövləti formalaşdırıb və o, hakimiyyətini saxlamaq üçün istənilən vasitədən istifadə etməyə hazırdır. 2014-cü ildə Ukraynaya soxulan və Krım bölgəsini qanunsuz zəbt edən Putin ömür boyu prezident postunda qalmaq üçün 2020-ci ildə konstutusiyanı dəyişdirməyə nail oldu. İndi o, hakimiyyətini həftənin sonlarında – istirahət günlərində etiraz aksiyaları keçirən hərəkatçıların təzyiqi altında itirməyə hazırlaşmır.
Ancaq Putinin Navalnıya, habelə onun həmkarlarına və tərəfdarlarına qarşı repressiyalarında xüsusi dözümsüzlük və məntiqsizlik var. Hüquq mühafizə orqanlarının əməkdaşları qəddar taktikalardan istifadə edərək jurnalistlər də daxil olmaqla minlərlə insanı tutur. Hökumət də sosial şəbəkə platformalarını bloklayır – guya sosial şəbəkələr iğtişaşlara zəmin yaradır.
Eyni zamanda Kremlin nəzarətində olan telekanallar davamlı olaraq Putinin xidmətləri haqda süjetlər yayımlayır və etiraz hərəkatını nüfuzdan salmaq üçün bacardığını edir. Hakimiyyətin Moskvanın mərkəzi küçələrini bağlaması, mərkəzə gedib-gələn əsas nəqliyyat vasitələrinin hərəkətini əngəlləməsi bir çox vətəndaşa ciddi narahatlıq yaradıb. Hakimiyyət özünü elə aparır ki, guya bütün bu narahatlıqların səbəbkarı Aleksey Navalnıdır. Bu məntiqə görə, hökumət “dinc sakinlərin” istirahət günlərində rahat şəkildə alış-veriş etməsini istəyir, ancaq “terrorçu” etirazçılar “qanunları pozur” və israrla “normal” həyata problem yaradırlar.
Kremlin məntiqinə görə, əcnəbi liderlərin, jurnalistlərin və siyasətçilərin müxalifətin xeyrinə çıxış etməsi Navalnının Rusiyada sabitliyi pozmaq istədiyinə sübutdur. Rusiya Xarici İşlər Nazirliyinin bu yaxınlarda üç avropalı diplomatı ölkədən çıxarması da bunun sübutu kimi təqdim edilir. Onlar Navalnıya dəstək mitinqlərində iştirak etdiklərinə görə Rusiyadan qovulublar. Diplomatların qovulma xəbəri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Moskvada səfərdə olduğu vaxt yayılıb.
Kreml Navalnı ilə dövlətin düşməni kimi davranır. Almaniyadan dönən kimi tutulan Aleksey Navalnıya qarşı qurulan məhkəmə məzhəkəsi 1930-cu illərin Stalin metodlarını xatırladır. Amma burada bir önəmli fərq var: Navalnı öz “cinayətlərini” etiraf etmir, diktatora təslim olmur. Məhkəmə dinləmələrində o, dövlətin özbaşınalığını ifşa edir, 2 il yarımdan çox müddətə azadıqdan məhrum edilməsini qanunsuzluq adlandırır.
Üstəlik, bu yaxınlarda Navalnı Putinin Qara dəniz sahilində qanunsuz yolla əldə olunmuş vəsait hesabına, milyard dollara tikdirdiyi sarayla bağlı ifşaedici video paylaşıb. Rusiyalılar rəhbərliyin korrupsiyalaşmasına vərdişkar deyillər, Navalnı isə inadkarlıqla korrupsiyanın yaratdığı sərvətin miqyasına diqqət çəkir. (O, 2017-ci ildə baş nazir postunda olan Dmitri Medvedev haqda da oxşar material yaymışdı).
Navalnının hücumları Putin hakimiyyətini birbaşa zəiflədir. Ona görə də Navalnı Stalinin təqib etdiyi trotskiçilərə bənzəmir. Onun özü Trotskidir, buna görə rejimin onun özünü cəzalandırmasına ehtiyac yaranıb.
Putinin qorxusunu gücləndirən altdan-altdan saray çevrilişinin başlana biləcəyi ehtimalıdır. Krımın ilhaqından sonra Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür. Bu da İsveçrədəki bank hesablarına və İtaliyadakı villalarına sərbəst şəkildə qovuşmağa can atan siyasi elitanın narazılığını artırır. Onlar 1964-cü ildə SSRİ rəhbəri Nikita Xruşşovu devirdikləri kimi, bu gün Putini də devirə bilərlər. Alçaldılmış Putini devirmək isə populyar Putini devirməkdən yəqin daha asandır.
Baxıcıların, görücülərin ortaya atılıb proqnozlar verməyə başlaması qartımış Rusiya rejiminin dağılmaqda olduğuna daha bir sübutdur. Vaxtilə çar Rusiyası dövründə özünü müqəddəs elan etmiş Qriqori Rasputin çürük imperiya monarxiyasını basdırmağa yardımçı oldu. 1980-ci illərdə – artıq sovet imperiyasında islahatlar aparmağın mümkün olmadığı vaxtlarda isə psixiatrların televiziya çıxışları dəbə minmişdi.
Bu gün kommunistlərdən tutmuş millətçilərə qədər bütün təbəqələrdə populyarlıq siyasi şamanlara keçib. Onlar Putinin yaxın vaxtlarda öləcəyini deyirlər, Qərbin və Çinin təcavüzü haqda xəbərdarlıqlar edirlər, Navalnının Rusiyanın xüsusi xidmət orqanlarının nazarətdən çıxmış layihəsi olduğunu vurğulayırlar.
Ancaq Kremlin etirazlara reaksiyası göstərir ki, Putin – dövlət, dövlət – Putin deməkdir. Bu, onun devrilməsini bir az da çətinləşdirir, ən azı hələ ki, çətinləşdirir.(Mənbə:Novator.az)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 15:43
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
13-02-2026, 12:45
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
13-02-2026, 08:37
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
13-02-2026, 08:12
Almaniyalı nazirin davranışı təəccüb doğurub
13-02-2026, 00:01
NATO-nun beş ölkəsi ucuz dronlar alacaq
12-02-2026, 13:15
Türk Kosovada baş nazirin müavini vəzifəsində çalışacaq
12-02-2026, 12:34
Piotların tətili səbəbindən yüzlərlə uçuş təxirə salınıb
12-02-2026, 12:27
Dronlar Volqoqradda hərbi obyektə hücum edib - Foto
12-02-2026, 09:19
ABŞ-nın qərarı Rusiyanın sərt reaksiyasına səbəb olub
12-02-2026, 09:12
Kiyevin mərkəzində partlayış baş verib
12-02-2026, 08:56
Argentinada minlərlə insan əmək islahatına etiraz edir
12-02-2026, 00:09
London Ukraynaya silah almaq üçün yüksək məbləğ ayırmağa razıdır
11-02-2026, 20:09
General: Ruslar ağlasığmaz tələblər irəli sürür
11-02-2026, 18:19
Lukaşenko Sülh Şurası liderlərinin görüşündə iştirak etməyəcək
11-02-2026, 17:10
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
11-02-2026, 16:59
Moskva məhkəməsi "Telegram"ı cərimələyib
11-02-2026, 16:24
Bütün uçuşlar 10 gün müddətinə dayandırılıb
11-02-2026, 12:43
Kolumbiya prezidentini öldürmək istəyiblər
11-02-2026, 09:17
Starmerin taleyi Epsteyn qalmaqalı ilə proqnozlaşdırılır
11-02-2026, 09:10
Baş nazir: Aİ Rusiya ilə danışıqlara başlasa, gücünü göstərəcək
11-02-2026, 08:49
Kanadada məktəbə silahlı basqında 9 nəfər öldürülüb
11-02-2026, 07:53
Estoniya "Buz dövrü"nü yaşayır - Fotolar
10-02-2026, 17:14
Avropa silahlanmaya 6,8 trilyon avro xərcləməlidir
10-02-2026, 13:39
İran nüvə obyektlərinin girişlərini torpaqla doldurur - Fotolar
10-02-2026, 12:16
Vens “erməni soyqırımı” kompleksini ziyarət edib
10-02-2026, 09:49
Çexiyada hər on nəfərdən biri əcnəbidir
10-02-2026, 08:29
Donald Tramp sələflərini “təftişə” başlayıb
10-02-2026, 08:05
Siyasi fəal Putinə görə 30 min cərimə ödəyəcək - Foto
9-02-2026, 23:35
İsrail ordusu “Hizbullah”ın rəhbər şəxsini öldürüb
9-02-2026, 18:07
Fransa Ukraynaya yeni döyüş təyyarələri verəcək
9-02-2026, 13:42
İsrail Trampı İrana hücuma hazır olduğu barədə xəbərdar edib
9-02-2026, 13:03
Qadın evini təmizləyərkən tank əleyhinə mərmi tapıb
9-02-2026, 12:57
Starmer baş nazir vəzifəsini itirə bilər
9-02-2026, 08:53
Dalay Lama pedofil maliyyəçi ilə görüşüb?
9-02-2026, 08:34
Qar uçqunu 4 nəfərin ölümünə səbəb olub
8-02-2026, 08:47
ABŞ səfiri spikerə savaş elan edib
6-02-2026, 17:01
Qəddafinin oğlu yalnız ailə üzvlərinin iştirakı ilə dəfn ediləcək
6-02-2026, 12:44
Rus generala Moskvada sui-qəsd ediblər
6-02-2026, 09:53
Tramp: Hava limanı və stansiya mənim adımı daşısın
6-02-2026, 09:05
Zelenskinin müsahibəsi Kallası qəzəbləndirib?
5-02-2026, 23:27
Zelenski yeni döyüş əməliyyatlarını təsdiqləyib
5-02-2026, 18:18
Kreml START üzrə ABŞ ilə dialoq şərtlərini açıqlayıb
5-02-2026, 13:47
Tramp Qrenlandiyadan böyük qazanc əldə etmək istəyir
5-02-2026, 12:36
Bacısı Qəddafinin Əlcəzairlə sərhəddə öldüyünü bəyan edib
5-02-2026, 08:30
Rusiyada şəhərin yarısı işıqsız və istiliksiz qalıb
5-02-2026, 08:19
Tramp Kuba ilə danışıqlara başlayıb
5-02-2026, 08:14
Tokayev Pakistanın ali ordeni ilə təltif edilib
4-02-2026, 20:27
Kiyevə 90 milyard avro kredit verəcəklər
4-02-2026, 15:16
Cil Baydenin keçmiş əri arvadının qətlində ittiham olunur - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək