Tarix: 10-08-2017 16:33 | Bölmə: Dünya / Xəbərlər

İran prezidenti Həsən Ruhani özünə iki qadın müavin və bir qadın köməkçi təyin edib.
Reyting.az saytı xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, H.Ruhani Məsumə İbtikarın prezidentin qadın və ailə məsələləri üzrə müavini, Laya Cuneydinin prezidentin hüquq məsələləri üzrə müavini, Şəhindoxt Molaverdinin isə prezidentin vətəndaşlarla iş üzvə köməkçisi vəzifələrinə təyin olunması barədə sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə islahatçı siyasətçi İshaq Cahangiri yenidən birinci müavin (vitse-prezident) vəzifəsinə təyin edilib.
Bundan öncə Nazirlər Kabinetində qadınlara da yer verilməsi barədə prezidentə çağırışlar olub. Lakin yeni hökumətin tərkibi açıqlandıqda məlum olub ki, orada heç bir qadın yoxdur.
Yeni hökumətdə 17 nazirdən 7-si yenidir. Önəmli dəyişikliklərdən biri Gömrük Komitəsinin sədri Məsud Kərbasiyanın hazırkı iqtisad naziri Əli Tayyibniyanın əvəzinə bu vəzifəyə təqdim olunmasıdır. H. Ruhani müdafiə nazirinin müavini Əmir Hatəmini hazırkı müdafiə naziri Hüseyn Dehqanın yerinə nazir vəzifəsinə təqdim edib. Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini isə Cavad Azəri əvəzləyəcək.
Yaxın günlərdə parlament yeni Nazirlər Kabinetinin səlahiyyətini təsdiqləyəcək.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək