Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 06-01-2026 18:27 | Bölmə: Siyasət / Slayd

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının müsahibəsində diqqət çəkən məqamlardan biri də ölkəmizin Qəzza və bir müddətdir gündəmdə olan beynəlxalq sülh missiyası ilə bağlı mövqeyidir. Prezident açıq şəkildə Azərbaycanın Qəzzada beynəlxalq sülh missiyasında iştirak etməyəcəyini bildirib.
Əvvəla, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməni qəbul etməsi region üçün müsbət hadisədir. Həmçinin Azərbaycan da bunu dəstəkləyən ölkələrdəndir. Vəziyyət elə bir həddə çatıb ki, Qəzza böhranının öz axarına buraxılması artıq mümkün deyil.
Dövlət başçısı məsələ ilə bağlı deyib:
“Bizə belə müraciətlər daxil olub. Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər”.
Əslində, missiyaya əsasən müsəlman, regionla əlaqələri olan və ABŞ-nın koordinatorluğu ilə danışıqlara qatılan ölkələrin daxil olması gözlənilirdi. Bu baxımdan, İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddətdir çəkilirdi.

Azərbaycanın adı Qəzzaya əsgər göndərəcək ölkələr sırasında çəkilsə də, Bakı bu məsələ ilə bağlı rəsmi açıqlama verməmişdi. Ölkə başçısının dediklərindən sonra isə artıq Azərbaycanın missiyada iştiraka maraq göstərmədiyi məlum oldu.
Əslində, bu yanaşma gözlənilirdi. Ümumiyyətlə, Bakının hazırkı mərhələdə ağır hərbi əməliyyatlara və ya HƏMAS-ın tərksilahı kimi yüksək riskli tapşırıqlara qoşulmaq istəməməsi həm açıq, həm də başadüşüləndir. Hər şeydən öncə, Azərbaycan prezidentinin də dediyi kimi, ölkəmiz Birinci və İkinci Qarabağ müharibələrində böyük itkilər verib. Buna görə də hər hansı beynəlxalq əməliyyatda vətəndaşların həyatını riskə atmaq niyyəti yoxdur.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik.
Doğrudur, bu, Azərbaycanın sülhməramlı fəaliyyətdən imtina etməsi mənasını vermir. Əksinə, dövlət başçısı İlham Əliyev müsahibə zamanı ölkəmizin sülhməramlı əməliyyatlarda zəngin təcrübəsinin olduğunu diqqətə çatdırıb.
“Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik”, - İlham Əliyev qeyd edib.
Bu, Azərbaycanın əməliyyatların strukturunu, koordinasiya və resurs tələblərini yaxşı bildiyini və yalnız şəraiti tam aydın və risk əmsalı minimum olan situasiyalarda iştirakda maraqlı olduğunu aydın şəkildə göstərir.
Prezidentin fikirlərindən məlum olur ki, Azərbaycan hərbi və diplomatik məsələlərdə balans siyasətini qoruyur. Fələstinə olan dəstək və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iştirak baxımından humanitar prinsiplər ön plana çəkilir. Digər tərəfdən, “qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır”, - deyə vurğulanır. Beləliklə, Azərbaycan regionproblemləri üçünhərəkət etməzdən əvvəl mövqeyini diqqətlə müəyyənləşdirir.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər